IKT

03 Noyabr

Təzə üzümdə şəkərin kütlə qatılığının təyini barədə yeni dövlət standartı təsdiq edilib

Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən  AZS 922:2022 “Təzə üzüm. Şəkərin kütlə qatılığının təyini metodları” dövlət standartı təsdiq edilib.

"Fins.az" xəbər verir ki, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən Standart layihəsi Üzümçülük və şərabçılıq məhsullarının standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 22) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiq edilib.

Bu standart istehlak edilən və sənaye emalı üçün nəzərdə tutulmuş təzə üzümə şamil olunur, areometr və refraktometrdən istifadə edərək şəkərin kütlə qatılığının təyini metodlarını müəyyən edir.