IKT

30 Oktyabr

Salyanda tərəvəz sahələrindən 31 min tondan çox məhsul yığılıb

Salyan rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan tərəvəzçilikdə uğurlu nəticələr var. Fermerlər dövlət tərəfindən verilən subsidiya və güzəştlərdən yararlanaraq bol məhsul tədarük edirlər.

Rayon Statistika idarəsindən verilən məlumata görə, 1404,2 hektar tərəvəz sahəsindən 9 ayda 31 min 251,8 ton məhsul toplanılıb. Bunun 22,2 tonu yaşıl lobya, 7 min 963,4 tonu xiyar, 18 min 687,3 tonu pomidor, 111,4 tonu baş sarımsaq, 634,7 tonu baş soğan, 663,5 tonu kələm, 1864,2 tonu bibər, 697,8 tonu badımcan, 607,3 tonu isə digər tərəvəzlər olub.