IKT

20 Oktyabr

Salyanın meyvə bağlarından 1235 ton məhsul tədarük edilib

Salyanın meyvə bağlarında bu il bol məhsul yetişib. Bağbanlar dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıdan yararlanaraq ötən ilə nisbətən daha çox məhsul tədarük ediblər.

"Fins.az" xəbər verir ki, Salyan rayonunda 2022-ci ilin doqquz ayında 832,1 hektar meyvə və giləmeyvə bağlarından 1234,9 ton məhsul tədarük olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 ton və ya 0,5 faiz çoxdur. Yığılan məhsulun 505,5 tonunu nar, 73 tonunu alma, 43,7 tonunu armud, 111,2 tonunu heyva, 23,4 tonunu ərik, 67,2 tonunu albalı, 50,2 tonunu şaftalı, 42,0 tonunu gavalı, 82,4 tonunu alça, 18,9 tonunu gilas, 19,8 tonunu digər meyvələr təşkil edib. Həmçinin məhsul istehsalçıları 197,6 ton giləmeyvə yığıblar.