IKT

16 Oktyabr

Salyanda istixana təsərrüfatlarından 15 min tondan çox məhsul yığılıb

Salyan rayonunda 470 ədəd istixana mövcuddur.

"Fins.az" xəbər verir ki, bunların da ümumi sahəsi 160,4 hektara bərabərdir. Bu il 140,6 hektarı əhatə edən 406 istixanada əkin olub və 121,3 hektar sahədən 15 min 579,5 ton məhsul toplanılıb. Belə ki, 40,6 hektar sahədən 3 min 118,2 ton xiyar, 99,5 hektar sahədən 12 min 454,7 ton pomidor, 0,4 hektar sahədən 6,5 ton sair tərəvəz tədarük olunub.

Qeyd edək ki, hazırda istixanalarda məhsul yığımı davam edir.