Sahibkarları aqrobiznes sahələri üzrə investisiya imkanları barədə məlumatlandırmaq məqsədilə Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən azagroinvest.az portalı yaradılır.
Mərkəzdən verilən məlumata görə, portalda aqrobiznes sahələri üzrə hazırlanan ilkin texniki-iqtisadi əsaslandırmalar yer alacaq.
Portal 3 bölmədən – İnvestisiya təhlili, Sahə hesabatları və İnvestisiya mühiti bölmələrindən ibarətdir.