IKT

10 Oktyabr

Balakəndə indiyədək 41 min tondan çox dən qarğıdalı istehsal olunub

Builki mövsümdə Balakən rayonununun fermerləri 7667 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər.

"Fins.az" xəbər verir ki, qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 90 hektaradək artırılıb. 

Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək 6495 hektar sahənin məhsulu yığılıb, 41 min 143 ton dən qarğıdalı istehsal olunub. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1699 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 63,3 sentner təşkil edir.

Ötənilki mövsümdə balakənli fermerlər 7577 hektar sahədən 50 min 317 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 66,4 sentner məhsul götürülüb. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 4 min tondan çox artıb.

Hazırda təsərrüfatlarda tütün yığımı da davam edir. Fermerlər bu günədək 100 tondan çox quru tütün istehsal ediblər. Eyni zamanda, payızlıq dənli bitkilərin səpini üçün 1419,6 hektar sahədə şum aparılıb.