IKT

08 Oktyabr

Şabranın badam bağlarında məhsuldarlıq iki dəfəyədək artıb

Şabranın badam bağlarında məhsul yığımı başa çatıb.

"Fins.az" xəbər verir ki,rayonda 120 hektara yaxın badam bağı var. Bu bağların 45 hektarı barverəndir.

Şabran rayonun Ağalıq kəndində əkilən 23 hektar badam bağından bu il 80 tona yaxın məhsul əldə olunub. Badam ağaclarının böyüməsi, həm də keyfiyyətli aqrotexniki qulluq nəticəsində bu il məhsuldarlıq iki dəfəyədək artıb.

Son illərdə şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 33, Qusarda 10, Qubada isə 3 hektar badam bağı salınıb.