Bu il Qarabağda taxıl əkini sahəsi artırılaraq 70 min hektara çatdırılacaq.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə 50 min hektar sahədə taxıl biçilib. 70 min hektar sahədə isə payızlıq taxıl əkini nəzərdə tutulub.
Onun sözlərinə görə, Füzuli, Zəngilan, Qubadlı rayonlarında, o cümlədən Laçının bir hissəsində bu il taxıl əkilib. Ərazilərin minalardan təmizlənməsi işləri genişləndikcə, məskunlaşma artdıqca taxıl əkininə ayrılan sahələr 100 min hektara kimi artırılacaq.
İ.Cümşüdov əlavə edib ki, bu il taxılla yanaşı pilot olaraq şəkər çuğunduru da əkilib: "Qubadlı rayonunda "Azərşəkər" tərəfindən şəkər çuğunduru əkilib. Noyabr ayında yığım başlayacaq".
(c)APA