IKT

23 Sentyabr

Baytarlıq arayışı alanların Nəzərinə

Azərbaycanda baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğvi təklif edilir. 

Fins.az xəbər verir ki, bu barədə “Dövlət rüsumu haqqında” qanunun müvafiq maddəsinə dəyişiklik təklif edilir. 

Qeyd edək ki, qanun layihəsi sahibkarlığa dövlət dəstəyinin artırılması məqsədi daşıyır. 

Digər məqsəd isə heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınmasıdır.  

Hazırda qüvvədə olan qanuna görə, baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu nəzərdə tutulub.