IKT

19 Sentyabr

Azərbaycana düyü idxalı 20% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 34 861,23 ABŞ dolları dəyərində 40 767,13 ton düyü idxal edilib.  Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bir il öncəki göstərici ilə müqayisədə idxal edilən düyünün dəyəri 40,4%, həcmi isə 20% artıb.
Qeyd edək ki, cari ilin ilk səkkiz aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,39%-na bərabər olub.