IKT

17 Sentyabr

Heyvandarlıq məhsulları üzrə istehsalçı qiymətləri indeksi 102,2 faiz təşkil edib

Cari ilin avqust ayında ötən ayla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 101 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 99,7 faiz, heyvandarlıq məhsulları üzrə 102,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, cari ilin iyul ayı ilə müqayisədə meşə təsərrüfatı, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi 100 faiz olub.