IKT

14 Sentyabr

Azərbaycanda tarlalardan yığılan dənli paxlalı bitkilərin həcmi 6% AZALIB

2022-ci il sentyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 2938,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,0 faiz az dənli və dənli paxlalı bitkilər yığılıb. 

"Fins.az " xəbər verir ki, Dövlət Statistika Komitəsi bu barədə məlumat yayımlanıb. 

Məlumata görə.eyni zamanda 864,5 min ton (4,4 faiz çox) kartof, 1442,7 min ton (1,3 faiz çox) tərəvəz, 455,3 min ton (1,9 faiz çox) bostan məhsulları, 479,3 min ton (11,0 faiz çox) meyvə və giləmeyvə, 73,6 min ton (2,4 faiz çox) üzüm, 760,8 ton (21,5 faiz az) yaşıl çay yarpağı, 22,4 min ton (1,4 faiz çox) günəbaxan, 6,9 min ton (86,8 faiz az) şəkər çuğunduru və 2,7 min ton (32,3 faiz az) tütün yığılıb.