IKT

13 Sentyabr

Peter Mixalko: “Azərbaycan fındığı təhlükəsizliyi ilə dünyada seçilir”

Azərbaycan təhlükəsiz fındıq istehsalında dünyada seçilən ölkələrdən biridir.

Bunu Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Zaqatalada fındıq ixracatçıları ilə keçirilən görüşdə deyib.
Səfir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu istiqamətdə gördüyü işlər və həyata keçirdiyi tədbirlər nəticəsində Avropa İttifaqına ixrac olunan fındıq məhsullarında aflatoksin aşkarlanma halları ilə bağlı daxil olan bildirişlərin sayının kəskin azalığını qeyd edib: “2018-ci ildə daxil olan bildirişlərin sayı 18 olsa da, 2020 və 2021-ci illərdə cəmi 1 bildiriş daxil olub. Bunun nəticəsidir ki, Azərbaycandan ixrac olunan fındıq məhsullarının həcmi artır və Avropanın iri şirkətləri Azərbaycan fındığını almaqda maraqlıdırlar”.

(c)APA