IKT

13 Sentyabr

Ucar rayonunda çəltik biçini aparılır

Ucar rayonunda ciddi hazırlıqdan sonra çəltik biçininə başlanılıb və qısa vaxtda 25 hektar sahənin məhsulu yığılıb.

"Fins.az" xəbər verir ki, cari mövsümdə Ucarda 678 hektar sahədə çəltik yetişdirilib. Əkin sahələri ötən ildəkindən 48 hektar çoxdur. Biçin ilkin olaraq Şahlıq, Pirəkənd ərazi icra nümayəndəliklərində aparılır. Hər hektardan orta məhsuldarlıq 32,5 sentnerdən çoxdur. Ötən il sahələrdən 1920 ton məhsul götürən fermerlər və fiziki şəxslər cari mövsümdə istehsalın 2200 tondan çox olacağını gözləyirlər.

Yerli bazarlarda öz keyfiyyəti ilə seçilən və heç də alıcısı az olmayan bu məhsul rayonun əksər ərazi icra nümayəndəliklərində yetişdirilib. 

Bölgədə əsasən yerli sortlardan olan “Ağ mirvari” və “Haşımi” əkilib. Hazırda hər yerdə məhsul yığımının vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib