IKT

12 Sentyabr

Baş nazir Ağsuda buğda istehsalı ilə bağlı müşavirə keçirib

Ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar, Azərbaycanda ərzaqlıq buğda istehsalında mövcud problemlər, qarşıda duran vəzifələr, Fərmana uyğun olaraq dövlət dəstəyi mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.

Müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinin çıxışları, ərzaqlıq buğda istehsalçılarının, müasir suvarma sistemlərini tətbiq edən və tətbiq edilməsini planlaşdıran təsərrüfat rəhbərlərinin problemləri və təklifləri dinlənilib.

Baş nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından irəli gələn tapşırıqlara uyğun olaraq hökumətin ərzaqlıq buğda istehsalçılarına dəstək verəcəyini, qarşıda duran əsas vəzifələrin əkinə yararlı torpaq ehtiyatlarının genişləndirilməsi, buğda istehsalında məhsuldarlığın artırılması, ərzaqlıq buğdanın keyfiyyətinin yüksəldilməsi, müasir texnologiyanın tətbiqi və su ehtiyatlarının qənaətlə sərf edilməsi olduğunu vurğulayıb.

Müşavirənin sonunda Azərbaycan Respublikası Prezidentinin Fərmanın icrası ilə bağlı işlərin sürətləndirilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.