IKT

12 Sentyabr

Arıçılıqla məşğul olan sahibkarların nəzərinə - GÖRÜŞ KEÇİRİLƏCƏK

Sentyabrın 15-də saat 11:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Arıçılıq və bal istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsi" məqsədilə görüş keçiriləcək. 
                                                                                        
"Fins.az" xəbər verir ki, tədbir çərçivəsində arıçılıqla məşğul olan sahibkarların müraciətləri dinləniləcək və onları maraqlandıran suallar cavablandırılacaq.   
                                                                                     
Görüşdə iştirak etmək istəyən sahibkarlar KOBİA-ya müraciət edə bilərlər (tel: +994 55 200 03 92, email: [email protected]).