IKT

25 Avqust

Bu rayonda istehsal edilən kənd təsərrüfatı məhsullarının həcmi 19,1 faiz artıb

Saatlı rayonu iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatı üzrə 2022-ci ilin 6 ayı ərzində istehsal edilən kənd təsərrüfatı məhsullarının ümumi dəyəri ilkin hesablamalara görə, 96 milyon 817,3 min manat təşkil edib. Bu da əvvəlki ilin eyni dövrünə nisbətən 15 milyon 495,1 min manat və ya 19,1 faiz çoxdur.

Rayon Statistika İdarəsindən verilən məlumata görə, istehsal olunan kənd təsərrüfatı məhsullarının 61 milyon 262,4 min manatı və ya 63,3 faizi bitkiçilik məhsullarının payına düşüb. Rayon üzrə 53635,5 hektar sahədə əkilən payızlıq və yazlıq bitkilərin 46594,5 hektarı və ya 86,9 faizi əhali və fərdi sahibkarların, 7041 hektarı və ya 13,1 faizi kənd təsərrüfatı müəssisələrinin payına düşüb.

18551,5 hektar taxıl sahəsindən 75485,3 ton məhsul toplanılıb ki, bu da hər hektardan 40,7 sentner məhsul deməkdir. Bundan əlavə, 362 hektar sahədən 6284,7 ton kartof, 527,2 hektar sahədən 6065,3 ton tərəvəz, 2425,2 hektar sahədən 76012,3 ton bostan məhsulu, bağlardan isə 3272,7 ton müxtəlif növ meyvə və giləmeyvə toplanıb.

Kənd təsərrüfatı məhsullarının yığımı davam edir.