IKT

25 Avqust

Bu rayonun üzüm plantasiyalarından indiyədək 486 ton məhsul yığılıb

İsmayıllı rayonunda üzüm yığımı davam edir, artıq sahələrdən 486 ton məhsul tədarük olunub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, üzümçülük İsmayıllıda kənd təsərrüfatının aparıcı sahələrindəndir və hazırda üzüm bağlarının sahəsi 1096,3 hektara çatdırılıb. Bunun 1006 hektarı bar verəndir. Məhsul yığımına avqustun əvvəllərindən başlanıb və ilkin olaraq daha tez yetişən “Prima”, “Sultanino”, “Kardinal” süfrə sortları yığılır. Hələlik hər gün plantasiyalardan 2,5-3 ton üzüm tədarük olunur. Yığılan üzüm birbaşa yerli bazarlara çıxarılır.