IKT

25 Avqust

Bu rayonda kartof istehsalı ötən illə müqayisədə 167 ton artıb

Balakən rayonunun təsərrüfatlarında kartof yığımı başa çatıb. Torpaq mülkiyyətçiləri builki mövsümdə 618 hektar kartof sahəsindən 6065 ton məhsul götürüblər. Hər hektar sahədə məhsuldarlıq 98,1 sentner təşkil edib. Kartof istehsalı əvvəlki illə müqayisədə 167 ton artıb.

Bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Təsərrüfatlarda baş soğan və baş sarımsaq yığımı da artıq başa çatıb. Cari mövsümdə torpaq mülkiyyətçiləri baş soğan əkilmiş 107 hektar sahədən 1212 ton, 89 hektar sarımsaq sahəsindən isə 896 ton məhsul götürüblər. Baş soğan və sarımsaq istehsalı əvvəlki illə müqayisədə artıb. Hazırda rayonda digər növ tərəvəz məhsullarının yığımı davam edir.