IKT

23 Avqust

Bu rayonda ümumi məhsul istehsalının 41,3 faizini kənd təsərrüfatı təşkil edib

Neftçala rayonunun iqtisadi inkişafını xarakterizə edən əsas makro göstərici, yəni ümumi məhsulun həcmi 2022-ci ilin yanvar-iyun aylarında 156,4 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən ümumi məhsulun həcmi 1745,4 manata bərabər olub.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumat görə, ümumi məhsulun 40,8 milyon manatı və ya 26,1 faizi sənaye sahələrində, 64,6 milyon manatı və ya 41,3 faizi kənd təsərrüfatında, 7,9 milyon manatı və ya 5,1 faizi tikintidə, 1,6 milyon manatı və ya 1,0 faizi nəqliyyatda, 0,6 milyon manatı və ya 0,4 faizi informasiya və rabitədə və 40,9 milyon manatı və ya 26,1 faizi isə ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində formalaşıb.