IKT

23 Avqust

Yardımlının heyvandarlıq təsərrüfatlarında ət və süd istehsalı artıb

Cari ilin altı ayında Yardımlı rayonu üzrə 123 min 865 sentner süd, 14 min 149 sentner ət, 2 milyon 720 min yumurta və 1517 sentner yun istehsal edilib. Süd istehsalı 462 sentner, ət istehsalı isə 263 sentner artıb.

Bu barədə Fins.az-a Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib.

Onun sözlərinə görə, iyulun 1-i vəziyyətinə, Yardımlıda bütün mülkiyyət növləri üzrə 29507 baş iribuynuzlu mal-qara, o cümlədən 14923 baş inək və camış mövcud olub. Qoyun və keçilərin sayı isə 87070 başdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 530 baş, o cümlədən inək və camışların sayı 104 baş artıb. İribuynuzlu mal-qaranın sayından 370 başı, qoyun və keçilərin sayından isə 5491 başı hüquqi şəxs statuslu müəssisələrin mülkiyyətindədir.