IKT

22 Avqust

Bu rayonun fermerləri bu il 67 hektar sahədə tütün yetişdiriblər

Bu il oğuzlu fermerlər 67 hektar sahədə tütün yetişdiriblər. Sahələrin hamısına “Virciniya botaniki” növlü tütün əkilib. Tütün yetişdirilməsi ilə əlaqədar 10 fermerlə müqavilə bağlanılıb.

Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda rayonun təsərrüfatlarında tütün yığımı davam edir. İndiyədək sahələrdən 200 tonadək yaş tütün yarpağı yığılıb. Dərilən yaş tütün qurudulmaq üçün Şəki və Zaqatala rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə göndərilir. İndiyədək bu məntəqələrdə oğuzlu fermerlərə məxsus 20,5 ton quru tütün istehsal olunub.

Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 220 hektar sahədən 334 ton quru tütün əldə ediblər.