IKT

22 Avqust

Bu rayonda 5283 tondan çox tərəvəz məhsulları yığılıb

İsmayıllı rayonunda tərəvəz məhsulları istehsalı davam edir. Məhsul yığımı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, cari ilin məhsulu üçün İsmayıllıda 745,8 hektar sahədə tərəvəz bitkiləri əkilib. Torpaq mülkiyyətçiləri indiyədək sahələrdən 5283,4 ton məhsul yığıblar ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 50 ton çoxdur.

Hər il olduğu kimi, bu il də daha çox pomidor və xiyar əkilib. Xiyar sahələri 190, pomidor sahələri isə 155 hektardır. Ümumi tərəvəz əkinlərinin 46 faizini məhz bu bitkilər təşkil edir. Yığılan pomidor və xiyar, eləcə də kartof, lobya, badımcan və digər məhsullar birbaşa yerli bazarlara çıxarılır.