IKT

17 Avqust

Bakıda südçülük istiqamətli heyvandarlıq təsərrüfatlarının inkişafına həsrolunmuş forum keçirilib

Bakıda südçülük istiqamətli heyvandarlıq təsərrüfatlarının inkişafına həsr olunmuş
“Dairy Expert Forum Bakı-2022“ adlı forum keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi,
İqtisadiyyat Nazirliyinin nümayəndələri, aqropark, südçülük müəssisələrinin
əməkdaşları, fermerlər və sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi
şöbəsinin müdiri Eldar Həsənov ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində
heyvandarlıq sektorunun xüsusi payı olduğunu qeyd edib. Şöbə müdiri bildirib ki,
heyvandarlıq sektorunun inkişaf etdirilməsi, heyvan mənşəli məhsulların istehsalının
daha da artırılması, məhsulların keyfiyyətinin yaxşılaşdırılması və maya dəyərinin aşağı
salınmasında yem bazasının təşkili, mal-qaranın balanslaşdırılmış qarışıq qüvvəli
yemlərlə təmin olunmasının əsas amillərdən sayılır. Forum iştirakçılarına heyvandarlıq
sektorunun inkişafına dövlət dəstəyi barədə ətraflı məlumat verilib.
Forumda yerli ekspertlərlə bərabər Türkiyədən, Almaniyadan dəvət edilimiş xarici
mütəxəssilər də iştirtak edib. Südçülük istiqamətli heyvandarlıq təsərrüfatlarında
“Yemləmə xətalarının fəsadları və onların iqtisadi analizi”, “Müxtəlif yemləmə
konseptlərinin süd isthesalının səmərəliliyinə təsiri”, “Silos və senajın keyfiyyəti”,
“Genetika südçülükdə əsas faktor kimi” aktual mövzulara dair təqdimatlar edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən
cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.