IKT

12 Avqust

Qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.                              

"Fins.az" xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Şəki şəhərində və “Şəki Bazar” ASC-nin ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı  məntəqələrinə keçirilmiş baxış zamanı fiziki şəxslər Abdıyev Taleh Məmməd oğlu, Alxasov Vüsal Rahim oğlu, Abdullayev İsgəndər Hüseyn oğlunun baytarlıq-sanitariya ekspertizasından keçirilməyən xırdabuynuzlu və iribuynuzlu heyvan ətinin satışının həyata keçirdiyi aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib.

 

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.