IKT

12 Avqust

Azərbaycanda aqrar sektor 6 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 5 milyard 271 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 8,5 % artaraq 2 734,3 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 2,6 % artaraq 2 milyon 536,7 min manata çatıb.