IKT

11 Avqust

Yarıdan çoxu Rusiya bazarlarına göndərilir

Xaçmaz rayonunun şaftalı bağlarında məhsul yığımı davam edir.

Yığılan şaftalının böyük hissəsi qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir.

Xaçmaz rayonu ərazisində ümumilikdə 2 min 900 hektar şaftalı bağı var. Bağlarda şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi sortları yetişdirilir.

Xaçmazdakı şaftalı bağları 800 hektara yaxını müasir suvarma sistemi ilə təmin olunan intensiv bağlardır. Hər il rayonda 7 min tondan çox şaftalı toplanır.

Kənd ağsaqqalları və fermerlərlə söhbət zamanı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, yeni meyvə bağlarının salınması və məhsuldarlığın artırılması istiqamətində fermerlərə dövlət dəstəyi davamlı xarakter daşıyır.

Fermerlər aqrar sektorun inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.