IKT

01 Avqust

 Quba-Xaçmazda ilk fındıq yığımlarına başlanılıb

2022/23 mövsümü hələlik tam sürətlə başlamasa da, Quba-Xaçmazda ilk yığımlara start verilib, "Fins.az" xəbər verir ki,Şəki-Zaqatalada ancaq erkən növ fındıqlar toplanır. Belə olan halda bazarda qiymətlərin formalaşmasından hələlik söhbət gedə bilməz. Ancaq yenə də ötən həftə ticarət olunan fındığın alış-satış qiymətlərinə dair bəzi yekun rəqəmlərdən danışmaq mümkündür. 

Quba-Xaçmaz bölgəsində erkən toplanan fındıq hələlik əksəriyyət etibarilə qarzaqlı (yaşıl) şəkildə alınıb-satılır. Bir kiloqram qarzaqlı fındığın qiyməti ortalama 1 manatdır. 

Şəki-Zaqatalada da qarzaqlı formada 1 manata ticarət olunan fındığın, dənələnmiş formada qiyməti isə təqribən 2.50-2.60 manat/kq-dır. Nəzərə almaq lazımdır ki, bu dənələnmiş fındıq heç bir laboratoriya analizindən keçməyən, yüksək nəm nisbəti olan məhsuldur. Bu yüksək nəmlikdə fındığın alış qiyməti, şərti olaraq quru formada azı 3.50-3.60 manat/kq deməkdir