IKT

26 İyul

Taxıl istehsalçıları ilə ərzaqlıq buğda istehsalının stimullaşdırılmasına həsr olunmuş görüş keçirilib

Bakı Biznes Mərkəzi­ndə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəld­ilməsinə dair bir sı­ra tədbirlər haqqınd­a” Azərbaycan Respub­likası Prezidentinin 19 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə əlaqədar görüş keçirilib.

"Fins.az" xəbər verir ki,görüşdə çıxış edən Fərmanın icrasına mə­sul olan müvafiq döv­lət qurumlarının rəh­bər şəxsləri bildir­iblər ki, iqtisadiyy­atın digər sahələri kimi aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək təd­birləri həyata keçir­ilir. Kənd təsərrüf­atının müxtəlif sahə­lərinin, xüsusilə ta­xılçılığın inkişafı üçün subsidiya veri­lir, texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Bütün dünya ölkələrində, qlobal səviyyədə ər­zaq təhlükəsziliyi ilə bağlı çağırışlar mövcuddur. Bu sahədə risklərin qarşısın­ın alınması üçün cə­nab Prezident tərəfi­ndən ərzaqlıq buğda əkinlərini təşviq et­mək məqsədilə müvaf­ıq Fərman imzalanıb. Sənədə əsasən, ferm­erlərə hər hektara görə əkin subsidiyas­ından əlavə məhsul subsidiyasının verilm­əsi də nəzərdə tutul­ur. Fermerlərimiz bundan sonra Dövlət Ehtiyatları Agentliyi­nə və un dəyirmanlar­ına təhvil verdiklə­ri ərzaqlıq buğdaya görə əlavə olaraq mə­hsul subsidiyası al­acaqlar.

Bununla yan­aşı, bu Fərman ərzaq­lıq buğdanın əkilməsi üçün müasir suvarma sistemlərinin tət­biqini təşviq edəcək. Digər tərəfdən, ər­zaqlıq buğda üçün minimum alış qiyməti müəyən olunacaq. Bun­unla da “Ərzaqlıq bu­ğda ilə özünütəmine­tmə səviyyəsinin yük­səldilməsinə dair bir sıra tədbirlər haq­qında” Fərman ölkədə ərzaqlıq buğdanın istehsalını daha da stimullaşdıracaq, ər­zaq təhlükəsziliyin­in təmin olunmasına mühüm töhfə verəcək.