IKT

21 İyul

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4%-dək artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında dəyəri 152,7 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən

verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 13 978,3 ton, süd istehsalı 51 907,8 ton olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,9%, süd istehsalı isə 1,5% artıb.

Hesabat dövründə, kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 8,86 mln. manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 1,9% çoxdur.