IKT

14 İyul

Kürdəmirdə 4600 tondan çox ət istehsal olunub

Kürdəmir heyvandarları 2022-ci ilin birinci yarısını uğurla başa vurublar. Bütün göstəricilər üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

"Fins.az" xəbər verir ki,cari ilin altı ayında Kürdəmirdə diri çəkidə 4671 ton ət istehsal edilib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 25 ton çoxdur. Süd istehsalı da 809 ton artıb və 24 min 459 ton olub. Yarım ildə yumurta istehsalı 47 min ədəd, yun istehsalı isə 2 ton artaraq müvafiq olaraq 15 milyon 198 minə və 287 tona çatıb.
Hazırda rayonda 66 min 637 baş iribuynuzlu mal-qara, 137 min 434 baş qoyun-keçi bəslənilir.