IKT

09 İyul

Rusiya buğdanın ixrac rüsumu 20% artırır

Rusiyadan buğdanın ixrac rüsumu iyulun 13-dən etibarən bir ton üçün 5558,9 rubla təşkil edəcək.

Fins.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi bildirib.

Məlumata görə, buğdanın ixrac rüsumu 19,9% artacaq. Hesabat dövründə arpanın ixrac rüsumu 3 min 775,9 rubl, qarğıdalı üçün 3 min 75,1 rubl olub.

Yeni rüsum dərəcələri iyulun 19-dək qüvvədə olacaq.

Əlavə edək ki, iyulun 6-dan etibarən rüsumlar dollarla deyil, rublla hesablanır.