IKT

08 İyul

134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil ediləcək

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə əlaqədar təşkil olunmuş nümunəvi çadır tipli kəsim məntəqəsində brifinq keçirib.

Fins.az-ın məlumatına görə, brifinqin keçirilməsində məqsəd bayram günlərdə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində görülən işlər, həmçinin qurbanlıq heyvan kəsimi və satışı lə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Brifinqdə bildirilib ki, qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Onlardan 61-də qurbanlıq heyvanların həm kəsimi, həm də satışı, 54-də yalnız satışı, 19-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.