IKT

07 İyul

UNİCEF rəsmisi: Məktəb yeməkxanalarında şəkər tərkibli içkilər təklif olunur

Məktəb yeməkxabalarında şəkər tərkibli içkilər təklif olunur.

"Fins.az"xəbər verir ki,  bunu BMt-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi  Wilyam abi Abdallah deyib.

Onun sözlərinə görə, qida rasionunda olan çatışmazlıqlar uşaqların təhsil nəticələrinə təsir göstərir. Gələcəkdə onların peşəkar fəaliyyətinə və nəticə etibarilə iqtisadiyyata və əlavə xərclərin meydana çıxmasına səbəbolur.

Wilyam abi Abdallah məktəb bufetlərində uşaqlara təklif olunan qidalara da toxunaraq "Düzgün qidalanmama həmçinin insanın iqtisadi potensialının tam gerçəkləşməsi kimi fəsadlara səbəb olur. Məktəb yeməkxanalarında şəkər tərkibli içkilər təklif olunur. Təbii ki, bu qidalar məktəbə düşməzdən əvvəl reklamlardan uşaqlar bu barədə məlumat alırlar. Bu da uşaqların seçimlərinə mənfi təsir edir"-deyə bildirib.

Müəllif: Aynur Qəniyeva