IKT

07 İyul

AQTA  1000-ə yaxın məktəbəqədər təhsil müəssisəsində yoxlama, nəzarət tədbiri həyata keçirib

1000-nə yaxın məktəbəqədər təhsil müəssisəsində AQTA tərəfindən müvafiq yoxlama nəzarət tədbiri həyata keçirilib

"Fins.az" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov deyib.

O bildirib ki, Dövlət proqramı çərçivəsində 2019-cu ildən etibarən Qida Təhlükəsizliyi Agentliyinin  məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində Təhsil Nazirliyi ilə əməkdaşlıq edir.Məktəblilərin qidalanması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Elxan Mikayılov AQTA-nın şagirdlərin sağlam qidalanması istiqamətində həyata keçirilən tədbirlər barədə də açıqlama verərək "Bu günə qədər 20 minə yaxın şagirdin arasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Sağlam məktəbli" layihəsi çərçivəsində geniş maarifləndirmə tədbirləri həyata keçirilib.Qeyd olunan layihə çərçivəsində 1600-ə yaxın məktəblinin qidalanma vərdişlərini inkişaf etdirilməsi ilə bağlı təhlükəsiz qidalanma düzgün qidalanma ilə bağlı müvafiq təbliğat təşviqat işləri həyata keçirilib.1000-nə yaxın məktəbəqədər təhsil müəssisəsində AQTA tərəfindən müvafiq yoxlama nəzarət tədbiri həyata keçirilib"-deyə fikirlərini davam etdirib.

Müəllif Aynur Qəniyeva