IKT

06 İyul

Biçin başa çatmış ərazilərin 35,12%-ində yay şumu həyata keçirilib

 İyunun 6-dək ölkə üzrə 177725 hektar sahədə yay şumu aparılıb.
"Fins.az" xəbər verir ki, bu barədə Kənd Təsrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məlumat verib.
 
Onun sözlərinə görə, yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 19,3 faizini, biçin başa çatmış ərazilərin isə 35,12 faizini təşkil edir.
Biçilmiş sahələrdə ən çox yay şumu Neftçala (75.3%) , Zərdab (67.9%), Samux (57.9%), Şabran (42.3%), Hacıqabul (41.4%), Bərdə (37.1%), Kürdəmir (35%), Salyan (31.9%), Qax (30.1%), Ağsu (28.7%) və Ağcabədi (25.3%) rayonlarında aparılıb. rayonlarında aparılıb.
Yay şumu davam edir.
Müəllif:Aynur Qəniyeva