IKT

08 İyun

Bir qrup işbaz istehlakçılara yalan məlumat verir,məhsulun saxlama müddətini saxtalaşdırır-XƏBƏRDARLIQ

Belarusdan iri qablaşdırmada, dondurulmuş halda gətirilib, Azərbaycanda təzədən qablaşdırılır

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) məlumat yayımlayıb. 

Məlumatda bildirilir ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) olaraq, bir müddət əvvəl ölkə vətəndaşlarına müraciətimizdə ölkə bazarlarında kütləvi şəkildə təklif olunan toyuqlara münasibətdə ehtiyatlı  davranmalarını xahiş etmişdik

Xatırladaq ki, bu toyuqlar ölkəmizə Belarusdan idxal olunaraq pərakəndə ticarət nöqtələrində çox aşağı qiymətə - 1 kiloqramı 3-3,5 manata təklif olunur. Adətən, onların üzərində “Belarus kənd toyuğu” və eyni zamanda 2-ci növ olduğu qeyd edilir. “Kənd toyuğu” ifadəsi Azərbaycanda ən keyfiyətli toyuq ətinin nişanəsi sayılır – bunu ölkədə bilməyən yoxdur. Bu halda sual yaranır: “Kənd toyuğu” hara, 2-ci növ ət hara?

Sualın cavabı çox aydındır: Belarusdan gətirilən bu toyuqlar yumurtadan kəsilmiş ana toyuqlardır. Onların ətinin qida dəyəri çox aşağı olduğuna görə istehsalçı üzərində “2-ci növ” qeydini yazır.  İşbazlar isə bu qeydi diqqətdən yayındırmaq üçün iri hərflərlə “Belarus kənd toyuğu” ifadəsini vururlar. Ölkə qanunvericiliyinəzidd olaraq toyuqlar Belarusdan iri qablaşdırmada, dondurulmuş halda gətirilib, Azərbaycanda təzədən qablaşdırılır.

Azərbaycanda satılan toyuqların istehsalçısı Belarusun “Soliqorsk” Fabriki,  Minsk Birinci Toyuq Kombinatı, “Skildelskiy” broyler fabrikləridir.  Minsk Birinci Toyuq Kombinatı sırf  süfrə yumurtası istehsal edir, ətlik müəssisə deyil. Onların İnternet saytında təqdim etdikləri məhsulların siyahısına baxmaqla da bunu müəyyən etmək olur(//1mpf.by/prodayom ). Lakin Azərbaycanda satılan toyuq ətinin bir qisminin üzərində istehsalçı şirkət kimi həmin müəssisənin adı qeyd olunur. Bu isə o deməkdir ki, satılan ana toyuqların ətidir.

Digər tərəfdən, Azərbaycanda satılan Belarus toyuqlarının üzərində saxlama müddəti olaraq 12 ay qeyd edilir. Halbuk istehsalçı şirkətlər bu müddəti cəmi 4 ay müəyyən ediblər – sübut üçün linkləri təqdim edirik:

//molodeckie.by/index.php/ru/pages/prajs-list , (//www.ghp.by/ru/production/

Bu faktlar onu göstərir ki, bir qrup işbaz istehlakçılara bilərəkdən yalan məlumat verir, eyni zamanda məhsulun saxlama müddətini saxtalaşdırırlar.

Hazırda da bir sıra marketlərdə, bazarlarda Belarus toyuqlarının satışı davam edir. Ona görə də ölkə vətəndaşlarını diqqətli olmağa, qiymət ucuzluğuna aldanaraq aşağı keyfiyyətli məhsulla qidalanmamağa çağırırıq.