IKT

03 İyun

511 min hektar taxıl sahəsi su ilə təmin olunub

Son illər su resurslarının azalması müşahidə olunur.

Bunu açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyev deyib.

"Xüsusən Araz çayının axır hissəsində olan ərazilərimizdə bu problem daha çox hiss olunur. Növbəlilik prinsipi əsasında su problemi həll olunur.

Hacıqabul rayonunda müəyyən çətinliklər var, o da Pirsaat çayının ətrafında olan problemlərdir. Bu yaxınlarda Pirsaat çayına da sel suları gəldi və su anbarına su ehtiyyatı toplandı.

Hazırda ölkə üzrə 511 min hektar taxıl sahəsinə su təminatı həyata keçirilib. Tam suvarma demək olar ki, başa çatır", - deyə o əlavə edib.