“Aqroservis” ASC 30 ədəd taxılyığan kombaynın (xırdalayıcı ilə) satın alınmasına 6,5 milyon manata yaxın vəsait yönəldəcək.
Bu barədə www.tender.gov.az saytında məlumat məlumat verilib.
Məlumata görə, bununla bağlı "GRAND MOTORS COMPANY" QSC ilə müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri – 6 milyon 484,2 min manatdır.
Prezident İlham Əliyev 2020-ci ilin avqust ayında ““Aqrolizinq” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” ASC-nin adı dəyişdirilərək “Aqroservis” ASC adlandırılıb.