IKT

24 May

Avropa İttifaqı rəsmisindən Azərbaycan kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxarılması ilə bağlı AÇIQLAMA

Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxışı tədricən yaxşılaşacaq və təkmilləşəcək.

"Fins.az" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı bu sahədə Azərbaycanla əməkdaşlığa yüksək dəyər verir və Azərbaycan Avropa üçün dəyərli partnyor ölkədir.

"Hesab edirik ki, Azərbaycanda fitosanitar tədbirlərin gücləndirilməsi vasitəsilə Azərbaycandakı istehlakçıların və ümumiyyətlə Avropadakı istehlakçıların daha keyfiyyətli, daha orqanik məhsulların çıxışını təmin edəcəyik. Biz çalışacağıq ki, Azərbaycada istehsalın və Avropa İttifaqına olan ixracat səviyyəsini artırmaq",- deyə Peter Mixalko qeyd edib.