IKT

19 May

Naxçıvanda son 4 ildə ət, süd və yumurta istehsalı artıb

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında diri çəkidə ət istehsalı 13 faiz artaraq 8 837,4 ton, süd istehsalı 6,6 faiz artaraq 26 949,5 ton, yumurta istehsalı isə 9,9 faiz artaraq 41 milyon 152 min ədəd təşkil edib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin yanvar-aprel aylarında 46 milyon 559 min 100 manatlıq heyvandarlıq məhsulları istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz çoxdur.