IKT

18 May

İnam Kərimov: 50 azərbaycanlı tələbə bu ilin sentyabr ayından etibarən İsraildə aqrar sahədə təhsil alacaq

50 azərbaycanlı tələbə bu ilin sentyabr ayından etibarən İsraildə aqrar sahədə təhsil alacaqlar. 

"Fins.az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, ölkənin gənc mütəxəssislərinin xarici ölkələrdə təhsillərini davam etmələri aqrar sahənin inkişafına əlavə dəstək olacaq.

Nazir fikirlərinin davamında" İsrail hökuməti və sahə nazirliyi bu layihəni dəstəkləyir "Bu layihə gənc mütəxəssislər üçün çox böyük əhəmiyyət kəsb edir. Tələbələr bir il ərzində həm aqrar sahədə çalışacaqlar və fəaliyyət göstərəcəklər. Bir ildən sonra geri dönərək öz fəaliyyətlərini Azərbaycanda davam edəcəklər",- deyə nazir qeyd edib.

Həmçinin bildirib ki, təcrübə proqramı çərçivəsində tələbəl tin əsas məqsədi İsraildə aqrar sahədə mövcud olan yenilikləri, aqrar sahədə olan innovasiyaları, texnologiyaları, bilikləri öyrənmək, mənimsəmək və geri qayıdaraq onları Azərbaycandq tətbiq etməkdir.