IKT

17 May

İsmayıllıda kümçülərə 92 qutu ipəkqurdu toxumu paylanıb

İsmayıllı rayonunda 30 inzibati ərazi dairəsi üzrə 52 ailəyə 92 qutu ipəkqurdu toxumu paylanıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, baramaçılıq İsmayıllıda ənənəvi təsərrüfat sahəsidir. Azərbaycan Respublikasında baramaçılığın inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı, dövlət başçısının verdiyi tövsiyə və tapşırıqlar İsmayıllı rayonunda da bu gəlirli sahəyə diqqəti artırıb. Təsadüfi deyil ki, əksər ərazilərdə, xüsusilə Qalınçaq, Aşıqbayramlı, Kürdmaşı və digər bir sıra ərazi icra nümayəndəliklərində təcrübəli kümçülər daha çox barama tədarükündə maraqlıdırlar. Qalınçaq kəndindən peşəkar kümçü Sadiq İsayev bəsləmək üçün 8 qutu ipəkqurdu toxumu götürüb. Topçu kəndindən Səməd Şirəliyevin ailəsi isə 2 qutu toxum bəsləyəcək.

Son illər rayonda yem ehtiyatının artırılması istiqamətində də ardıcıl tədbirlər görülür. Axırıncı bir neçə ildə bölgədə 37 mindən çox tut tingi əkilib.