IKT

11 May

Astarada 3313 hektar sahədə yazlıq əkin aparılıb

Astara rayonunda yazlıq bitkilərin əkini sürətlə davan etdirilir və artıq 3313,3 hektar sahədə əkin aparılıb.

Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov bildirib ki, indiyədək əkilən yazlıq bitkilərin sahəsi ötən ilin müvafiq dövründəkindən 46,3 hektar çoxdur. Əkinçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları artıq 1440,8 hektar sahədə tərəvəz, 934,2 hektarda kartof, 226,3 hektarda bostan bitkiləri, 550,5 hektarda dənli və dənli paxlalı bitkilər, 161,5 hektarda yonca əkiblər. Əkinçilər bu mühüm kampaniyanın vaxtında və yüksək aqrotexniki tələblər səviyyəsində başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər.

Qeyd edək ki, cari mövsümdə rayonda 4000 hektardan çox sahədə yazlıq bitkilərin əkiləcəyi gözlənilir.