IKT

11 May

Tərtərdə 7673,5 hektar sahədə yazlıq səpin aparılıb

Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, indiyədək 7673,5 hektarda yazlıq səpin həyata keçirilib. Əkinlərin 3381,7 hektarı pambıq, 211,4 hektar şəkər çuğunduru, 1654 hektar dən üçün günəbaxan, 305,5 hektar kartof, 830 hektar müxtəlif növ tərəvəz bitkiləri, 131,4 hektar dən üçün qarğıdalı, 79,5 hektar noxud, 2 hektar lobya, 0,5 hektar darı, 0,5 hektar soya, 1077 hektar təzə yoncadır.

Yazlıq bitkilərin səpini davam edir.