IKT

06 May

Qoşqar Təhməzli: AQTİS sisteminin xarici ölkələrin müvafiq qurumlarının elektron sistemləri ilə inteqrasiyası nəzərdə tutulub

Gələcəkdə AQTİS sisteminin idxal-ixrac əməliyyatları ilə bağlı xarici ölkələrin müvafiq qurumlarının elektron sistemləri ilə inteqrasiyası nəzərdə tutulub.

"Fins.az" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı Beynəlxalq Konfransın açılış mərasimində çıxışı zamanı deyib. 

O bildirib ki,  inteqrasiya allaşdıqdan sonra sertifikatların qarşı tərəfə birbaşa elektron formada ötürülməsi, sertifkatların saxtalaşdırılmasının qarşısının alınması, proseslərin sürətlənməsi, sertifikatların itməsi və ya korlanması probleminin aradan qaldırılması, həmçinin notifikasiyaların elektron formada ötürülməsi təmin olunacaqdır.

Qoşqar Təhməzli Agentliyin fəaliyyətində rəqəmsal idarəetmənin tətbiqinə toxunaraq "Ümumilikdə rəqəmsal idarəçiliyin inkişafı, innovativ həllərin tətbiqi ilə idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması bütün istiqamətlərdə çevik və effektiv idarəetmənin təmin edilməsinə, vətəndaş məmnunluğunun, şəffaflığın, ümumi işin keyfiyyətinin və səmərəliliyinin daha da artırılmasına xidmət edəcəkdir,"-deyə qeyd edib.