IKT

06 May

Nazir: Bizim kənd təsərrüfatı siyasətimiz ədalətli və bərabər prinsiplərə əsaslanır

Bizim kənd təsərrüfatı siyasətimiz ədalətli və bərabər prinsiplərə əsaslanır.

" Fins.az" xəbər verir ki,  bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı Beynəlxalq Konfransın açılış mərasimində çıxışı  zamanı deyib.

O bildirib ki, bu siyasət FAO-nun 2030-cu il Gündəliyindəki hədəflərə uyğundur. Bu səbəbdən bütün xidmətlərə və dövlət dəstəyinə asan çıxış üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlamışıq. 

İnam Kərimov fikirlərinin davamında "biz həmçinin kənd yerlərinin inkişafı və onların dəyər zəncirinə inteqrasiyası üçün rəqəmsal texnologiyalardan istifadə edirik. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərimizdə ağıllı kənd layihələrini həyata keçirməklə FAO-nun “1000 Rəqəmsal Kənd” Təşəbbüsünə öz töhfəmizi veririk,"-deyə qeyd edib 

Müəllif: Aynur Qəniyeva