IKT

06 May

İnam Kərimov: Kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyacımız var

kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyacımız var.

"Fins.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimov 

O bildirib ki,  rəqəmsal texnologiyalar iqtisadiyyatlarımıza dərin təsir göstərir, kənd təsərrüfatı və ərzaq bazarlarını yenidən formalaşdırır. Məhdud resurslarımızdan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyacımız var.

İnam Kərimov dəyişikliklərin yaradacağı üstün imkanlara da toxunaraq "Dəyişiklik həm də bizə iqlim dəyişikliyi risklərini azaltmağa və adaptasiyaya imkan verəcək. Azərbaycan da öz növbəsində ölkənin kənd təsərrüfatını müasir və rəqəmsal kənd təsərrüfatına çevirmək prosesini keçir.,"-deyə əlavə edib. 


Nazir qeyd edib ki, bizim kənd təsərrüfatı siyasətimiz ədalətli və bərabər prinsiplərə əsaslanır. Bu siyasət FAO-nun 2030-cu il Gündəliyindəki hədəflərə uyğundur. Bu səbəbdən bütün xidmətlərə və dövlət dəstəyinə asan çıxış üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlamışıq. 

Müəllif: Aynur Qəniyeva