IKT

28 Aprel

Qida əlavələri üçün əmtəə nişanının tələb olunacağı müddət uzadılıb

Bioloji fəallığa malik qida əlavələrinin əmtəə (patentləşdirilmiş) nişanı və seriyası haqqında əlavə sənədin tələb olunacağı müddət uzadılıb.

Bu barədə Analitik Ekspertiza Mərkəzindən xəbər verilib.

Bildirilib ki, BFMQƏ-nin əmtəə (patentləşdirilmiş) nişanı və seriyası haqqında əlavə sənədin əldə olunmasında hal-hazırda qarşılaşdıqları müəyyən çətinliklərlər ilə əlaqədar, ərizəçilərin (fiziki və hüquqi şəxslər) “Analitik Ekspertiza Mərkəzi” PHŞ-nə olunan rəsmi və qeyri-rəsmi çoxsaylı müraciətləri nəzərə alaraq, BFMQƏ-nin əmtəə (patentləşdirilmiş) nişanı və seriyası haqqında əlavə sənəd 01.05.2022-ci il tarixindən deyil, 01.09.2022-ci il tarixindən etibarən rəsmi şəkildə tələb olunacaq.