IKT

27 Aprel

Azərbaycanda subsidiya sisteminin sadələşdirilməsi təklif edilir

Azərbaycanda subsidiya sisteminin sadələşdirilməsi təklif edilir.

“Kənd Təsərrüfatına Göstərilən Dövlət Yardımının Səmərəliliyini və Effektivliyini Artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Potensialının Artırılması üzrə Tvinninq"layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə subsidiya siyasətinin sadələşdirilməsi ilə bağlı tövsiyələr təqdim edilib.

"Fins.az" xəbər verir ki, bunu layihənin bağlanış mərasimində çıxış edən daimi tvininq müşaviri Riccardo Passero deyib.

O bildirib ki, layihə çərçivəsində mövcud subsidiya siyasətini izah və təhlil etməyə çalışdıq. 

O əlavə edib ki, sözügedən layihə çərçivəsind ümumilikdə 47 ekspert iştirak edib:" Layihənin icrasında əsas məqsəd üç kompenenti təqdim etməkdən ibarətdir. Birinci, kompenent subsidiyalarla bağlıdır. Əsas diqqətimiz Azərbaycanın məhsullarına , aqrar sektoruna yönəldilməsi idi. Növbəti kompenent isə müxtəlif cür fəaliyyətlərin şaxələndirməkdən ibarətdir. Burada aqro turizm fəaliyyəti və digər fəaliyyət növləri də daxildir".

O əlavə edib ki, növbəti təklif heyvandarlıq sahəsi ilə bağlı idi:" Heyvandarlıqda dörd sahəni müəyyən etdik. Bu qoyunçuluq, mal- qara, camış və arıçılıq sahəsi idi. Azərbaycan yavaş -yavaş heyvandarlıq sahəsi ilə bağlı alternativ tədbirlər təklif edir. Biz çalışdıq ki, bəzi tədbirlər təklif edək . Fikirləşdik ki, necə edə bilərik ki, fermerlər məhz öz fəaliyyətlərini, öz sürülərini necə dayanıqlı olaraq saxlaya bilsinlər. Hardasa bir fermada 14-15 baş heyvan nəzərə alınmaqla təhlil apardıq. İllik istehsalı müəyyən etdik. Belə nəticəyə gəldik ki, məhz baytarlıq xidməti belə fermer təsərrüfatlarında ildə bir dəfə yoxlama keçirməlidir. Heyvanlar qeydiyyatdan keçməlidir. Hər bir heyvandarlığın tilologiyasına əsasən bəzi onların saxlanma şəraiti qorunub-saxlanılmalıdır. Ümumiyyətlə, sektoru inkişaf etdirəcək standartlar nəzərə alırıq".

O vurğulayıb ki, məhsulların da subsidiyalaşma məsələsi də vacibdir.